ABŞ-ın keçmiş prezidenti Co Bayden “Mənə söz ver, Amerika” adlı memuarlarında Ukrayna lideri Volodimir Zelenski haqda səmimi fikirlərini bölüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.
Bayden Zelenskinin onun üçün gördüyü bütün işlərə görə kifayət qədər minnətdarlıq bildirməməsindən məyus olduğunu deyib.
“Zelenski ilə münasibətlərimiz bəzən gərgin olub. Ukrayna lideri şıltaq və inadkar idi. Gözlədiyim təşəkkürü görmədim”, – Ağ Evin keçmiş rəhbəri bildirib.
Jurnalistlər Baydenin fikirlərinə istinadən qeyd edirlər ki, bu cür qiymətləndirmələr Zelenskinin Vaşinqtondan davamlı olaraq əlavə silah və maliyyə yardımı tələb etməsi ilə bağlı olub.
Əliyar Xəlil
Globalinfo.az