mask 900x614 1

İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti tarixdə ilk dəfə “Starship” kosmik gəmisini xüsusi mexaniki qollar vasitəsilə uğurla tutaraq buraxılış meydançasına qaytarıb.

Globalinfo.az xəbər verir ki, bu texnoloji nailiyyət tam təkrar istifadə oluna bilən raket sistemlərinin yaradılması istiqamətində mühüm addım hesab olunur.

“Starship” Yer atmosferinə daxil olarkən yaranan yüksək temperatura tab gətirərək buludların arasından görünüb. Daha sonra gəmi “SpaceX”in Texas ştatının cənubundakı “Starbase” kosmodromuna doğru eniş edib. Kosmik aparat 2 saylı buraxılış meydançasında quraşdırılmış xüsusi mexaniki qolların arasına dəqiqliklə daxil olaraq onlar tərəfindən tutulub.

Bu uğur kosmik sənayedə uzun illərdir qarşıya qoyulan əsas hədəflərdən birinə yaxınlaşma kimi qiymətləndirilir. Raket və kosmik gəmilərin təkrar istifadəsi gələcək missiyaların xərclərini azaltmaqla yanaşı, kosmosa daha tez-tez uçuşlar həyata keçirməyə şərait yarada bilər.

Qeyd edək ki, bu, dünyanın ən böyük və ən güclü raket sistemi hesab olunan “Starship”in 15-ci sınaq uçuşu olub. Ənənəvi kosmik sistemlərdə isə bir çox aparat yalnız bir missiya üçün nəzərdə tutulur və uçuşdan sonra istifadəyə yararsız hala düşür. Bu da hər yeni buraxılış üçün əlavə maliyyə və texniki resurs tələb edir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: