images 2026 11 15T110714.853

Almaniyanın yeni nəsil qırıcı təyyarə layihəsinə qoşulması ilə bağlı İtaliya və Britaniya arasında fikir ayrılığı yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, İtaliya Almaniyanın “Global Combat Air Programme” (GCAP) adlı yeni nəsil qırıcı təyyarənin hazırlanması proqramına tamhüquqlu üzv kimi qoşulmasına qarşı çıxıb:

“Roma Berlinə layihədə yalnız müşahidəçi statusu verilməsini, təyyarənin layihələndirilməsi prosesinə isə cəlb olunmamasını təklif edib.

Bu təkliflə İtaliyanın müdafiə naziri Gvido Krozettto britaniyalı və yaponiyalı həmkarları ilə onlayn görüşdə çıxış edib. Roma və Tokio yeni tərəfdaşın layihəyə qoşulmasının işləri ləngidə biləcəyindən narahatdır. Həmçinin Almaniyanın “Airbus” kimi istehsalçılarının layihədə pay alması İtaliya və Yaponiya şirkətlərinin sifarişlərinin azalmasına səbəb ola bilər.

Almaniya isə proqramda tamhüquqlu iştirakda israrlıdır. Almaniyalı rəsmilərdən biri İtaliyanın təklifini “qəbuledilməz” adlandırıb. Müdafiə naziri Boris Pistorius isə yekun qərarın Almaniya sənayesinə ayrılacaq iş həcmi, layihənin icra müddəti və maliyyə xərclərindən asılı olacağını bildirib”.

Bununla belə, “Reuters” agentliyi İtaliya hökumətinin bəyanatına istinadən bu məlumatları təkzib edib. Agentliyin yazdığına görə, Roma Almaniyanın layihəyə qoşulmasını tam dəstəklədiyini açıqlayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: