WhatsApp Image 2026 01 04 at 19.08.29

Çeçenistanın Şali şəhərində qaz partlayışı baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Hadisə nəticəsində üçü böyük, ikisi uşaq olmaqla ümumilikdə beş nəfərin xəsarət aldığı bildirilir. Zərərçəkənlər Qroznı şəhərində yerləşən xəstəxanalara çatdırılıb.

Partlayışla bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib, hadisənin səbəbləri araşdırılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: