bl 91

Sergey Zavorotnı Moskvada avtomobil partlayışı nəticəsində sol qolunu itirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, o, beyin əzilməsi, sol qolunun çiyin səviyyəsində travmatik amputasiyası, qabırğalarının sınığı və sağ baldır sümüyünün açıq sınığı ilə xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, bu gün Moskvanın Çertanovo rayonunun Kirovoqradskaya küçəsində Zavorotnının avtomobili hərəkətdə olarkən partladılıb. Partlayışın dalğası sükan arxasında olan Zavorotnını çölə atıb.

    Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb.

    Avtomobilin sürücü tərəfdən alt hissəsinə maqnitli 300 qram tratili olan partlayıcı qurğu yerləşdirildiyi bildirilib.

    Qeyd edək ki, Rusiya mətbuatı Zavorotnının Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun vaxtilə müşaviri vəzifəsində çalışdığını bildirir.

    bl 92 bl 93 bl 94 bl 95 bl 96

    Paylaş: