1663939936 maas ve pensiyalar ne vaxt ne qeder artacaq deputat aciqladi

“Bu il Qarabağ Universitetinə qəbul nəticələri bizi sevindirib. 1200-dən çox tələbə bu universiteti seçib. Xüsusilə qeyd edilməli məqam odur ki, həmin tələbələrin 50 faizdən çoxu 500 baldan yüksək nəticə göstərərək Qarabağ Universitetinə qəbul olunub. Bu da görülən işlərin universiteti nə dərəcədə cəlbedici etdiyini göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O, sertifikatlaşdırma proqramından da danışıb:

“Prosesin birinci mərhələsi üzrə 104 min nəfərin iştirakı təmin olunub. Onlardan 60 min nəfəri uğur qazanaraq 30–51 bal aralığında nəticə göstərib və əməkhaqqına 10% əlavə alıb. Təxminən 31 min nəfər isə 35% əlavə əldə edib. Ümumilikdə, 91 min 400 müəllimin əməkhaqqına əlavələr edilib.

Vacib məqamlardan biri də sertifikatlaşdırmanın müəllimlərin əməkhaqqına təsiridir. Sertifikatlaşdırmada iştirak etməyən və ya bu prosesə cəlb olunmayan şəxslərin orta əməkhaqqı 770 manat təşkil etdiyi halda, uğur qazanan və 10% əlavə alan müəllimlərin orta əməkhaqqı 1010 manatdır. Yüksək nəticə göstərərək 51 baldan çox toplayan müəllimlərin orta əməkhaqqı isə 1320 manata çatıb. Bu islahat üçün növbəti il 286,4 milyon manat büdcə vəsaiti nəzərdə tutulub”.

Nazir müavini bildirib ki, müəllimlərin maaşı ən çox müzakirə olunan məsələlərdəndir:

“2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə, vergilər daxil olmaqla, müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: