Türkiyədə 116 ayrı cinayət üzrə axtarışda olan mafiya lideri Sercan Sayal Yunanıstandan ölkəyə gətirilib.
Globalinfo.az xəbər verir ki, beynəlxalq səviyyədə “qırmızı bülleten”lə axtarılan və mütəşəkkil cinayətkar dəstənin rəhbəri kimi tanınan Sercan Sayal Yunanıstanda saxlanıldıqdan sonra Türkiyəyə təhvil verilib.
Məlumata görə, onun barəsində 116 ayrı cinayət üzrə axtarış qeydi mövcuddur. Sayalın rəhbərlik etdiyi cinayətkar qruplaşmanın İzmir şəhərində fəaliyyət göstərdiyi, sahibkarlara qarşı hədə-qorxu və silahlı hücumlarla bağlı hadisələrdə adının hallandığı bildirilir.
Qeyd edək ki, Sercan Sayal 2025-ci ilin aprelində Yunanıstanın paytaxtı Afinada saxlanılmışdı.