Ukrayna nümayəndə heyətinin üzvü Kirill Budanov Donbasla bağlı sualı cavabsız qoyub.
Globalinfo.az xəbər verir ki, jurnalistin Rusiyanın danışıqlar zamanı Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını tələb edib-etmədiyi ilə bağlı sualını cavablandıran Budanov konkret açıqlama verməyib.
O bildirib ki, danışıqların detalları yekun nəticə əldə olunana qədər ictimaiyyətə açıqlanmayacaq:
“Müzakirələr zamanı gündəmə gətirilən məsələlər danışıqlar prosesinin tərkib hissəsidir. Hazırkı mərhələdə əsas diqqət əldə olunacaq nəticəyə yönəlib.
Buna nail olduqda ictimaiyyətə rəsmi məlumat veriləcək”.
Safura Bənnayeva
Globalinfo.az