ko

Şimali Koreya əsas qanununun yeni redaksiyasında Cənubi Koreyanı ölkənin cənubunda yerləşən ayrıca dövlət kimi təsnif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət informasiya portalı “Nenara”da yayımlanan Konstitusiyanın yenilənmiş mətnində məlumat verilib.

Qeyd olunur ki, Pxenyan 2024-cü ildə konstitusion dəyişikliklərin həyata keçirilməsindən sonra ilk dəfə sənədin yeni versiyasını ictimaiyyətə açıqlayıb.

Yenilənmiş mətnin ikinci maddəsində Şimali Koreyanın ərazi sərhədləri də təsvir olunub. Belə ki, ölkənin şimaldan Çin və Rusiya, cənubdan isə Koreya Respublikası ilə həmsərhəd olduğu göstərilib.

Sənəddə müvafiq müddəa belə ifadə edilib:

“Koreya Xalq Demokratik Respublikasının ərazisi şimalda Çin Xalq Respublikası və Rusiya Federasiyası, cənubda isə Koreya Respublikası ilə həmsərhəd olan ərazini, eləcə də bu əsasda müəyyən edilmiş ərazi sularını və hava məkanını əhatə edir”.

Beləliklə, yeni Konstitusiya mətnində Cənubi Koreya ilk dəfə ölkənin cənub qonşusu kimi birbaşa qeyd olunub.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: