
Hörmüz boğazında kommersiya tankerinin dəniz minasına düşməsi nəticəsində növbəti ciddi insident qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi hadisənin noyabrın 10-da günorta saatlarında baş verdiyini açıqlayıb.
İran tərəfinin bildirdiyinə görə, tanker Hörmüz boğazının şərq hissəsində Tehranın icazə vermədiyi marşrutla hərəkət edərkən minaya düşüb. Partlayışdan sonra gəmidə güclü yanğın başlayıb və ərazini qalın tüstü bürüyüb.
SEPAH nümayəndələri son insidentləri boğazın cənub hissəsində ABŞ-a məxsus radar və sahil naviqasiya sistemlərinin sıradan çıxması ilə əlaqələndiriblər. Onların iddiasına görə, bu, dəniz nəqliyyatında təhlükəsizlik risklərini artırıb.
İran hərbi komandanlığı xarici tankerlərin müəyyən edilmiş marşrutlardan kənar hərəkət etməsinin təhlükəli olduğunu və onların mina sahələrinə daxil olmaq riski ilə üzləşdiyini bildirib.
Tahir Turan
Globalinfo.az