pit heqset 900x600 2

“ABŞ Konqresinin üzvləri mənə qarşı impiçment proseduruna başlamaqla növbəti dəfə uğursuzluğa düçar olacaqlar”.

Globalinfo.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset deyib.

O xatırladıb ki, ABŞ-ın hazırkı Prezidenti Donald Trampın ilk prezidentlik dövründə Konqres üzvləri iki dəfə onun impiçmentinə nail olmağa çalışıblar, lakin hər iki cəhd uğursuz olub.

“İndi onlar üçüncü cəhdə əl atırlar. Bu dəfə isə Tramp administrasiyasının nümayəndəsini hədəf alıblar. Lakin yenə uğursuz olacaqlar. Əgər Prezident Trampa dəstək verməyim məni bu insanların sırasına daxil edirsə, nə olsun, həftənin istənilən günü belə bir sırada yer almağa hazıram”, – deyə Heqset bildirib.

Xatırladaq ki, daha əvvəl aralıq seçkilərdə qələbə qazanan demokratlar prezident Donald Trampın administrasiyasındakı bir sıra vəzifəli şəxslərin fəaliyyətini araşdıracaqlarını və onların impiçmentinə nail olmağa çalışacaqlarını açıqlamışdılar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: