“Belə sürprizlərə hazır deyiləm”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın sülh sazişindən sonra Ukraynanın indiki formasının dəyişəcəyi barədə fikirlərini şərh edərkən deyib.
O, ABŞ liderinin açıqlamasının Rusiya ilə Avropa arasında yeni təhlükəsizlik sisteminin müzakirəsi ilə bağlı ola biləcəyini ehtimal edib.
Qeyd edək ki, Donald Tramp noyabrın 6-da Ukrayna ilə yanaşı, bütün Avropaya təsir edə biləcək “böyük və möhtəşəm saziş” barədə danışıb. ABŞ prezidenti bu razılaşmadan “hamının məmnun qalacağını” bildirib.
Safura Bənnayeva
Globalinfo.az