zelenski 2

Ukrayna Prezidenti Volodimir Zelenski Donbasın Rusiyaya verilməsinə razılaşmayacağını bildirib. 

Globalinfo.az xəbər verir ki, o, bu barədə Danimarkaya səfəri zamanı “DR Nyheder” telekanalına müsahibəsində danışıb.

Ukrayna lideri Donbasdan geri çəkilməyin ölkəsi üçün ciddi təhlükə yaradacağını vurğulayıb.

“Xeyr, mən Donbasdan geri çəkilməyəcəyəm. Çünki bilirəm ki, bir müddət sonra Rusiya daha da irəli gedəcək və bizi işğal edəcəklər. Buna görə də bu, bizim üçün böyük riskdir”, – deyə Zelenski bildirib.

O, eyni zamanda ABŞ-ın bundan sonra hansı mövqedə dayanacağını dəqiq bilmədiyini etiraf edib.

Zelenski Vaşinqtonun Ukraynaya dəstəyinin davam edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik yaşandığını ifadə edib.

Prezident Avropa ölkələrinin də vahid mövqeyini qoruyub-qoruya bilməyəcəyindən narahatlığını gizlətməyib. Onun sözlərinə görə, Fransada keçiriləcək seçkilərdən sonra Avropada siyasi vəziyyət dəyişə, Almaniya və digər ölkələrdə də yeni siyasi proseslər baş verə bilər.

“Buna görə də, açığını deyim, heç nəyi dəqiq deyə bilmərəm”, – Zelenski əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: