1755320066 putin zelensky

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin ilə görüş təşkil etmək qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Axios” nəşrinə müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, ərazi məsələlərində irəliləyiş əldə etməyin ən effektiv yolu liderlər səviyyəsində birbaşa danışıqlardır. O, komandasına İsveçrənin Cenevrə şəhərində keçiriləcək mümkün görüşün hazırlanmasını tapşırdığını deyib.

Ərazi məsələlərində real nəticəyə gəlmək üçün Putinlə şəxsi görüş vacibdir”, – deyə müsahibədə qeyd olunub.

Ukrayna lideri daha əvvəl Donbasdan qoşunların çıxarılması məsələsini müzakirə etməyə hazır olduğunu bildirmişdi. Lakin o vurğulayıb ki, bu addım yalnız Rusiyanın da qoşunlarını eyni məsafəyə geri çəkməsi şərti ilə mümkündür. Zelenski birtərəfli geri çəkilməni nəzərdə tutan hər hansı sülh razılaşmasının qəbul edilməyəcəyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: