2025-ci ildə Almaniyanı 1,24 milyondan çox insan tərk edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, ölkədən gedənlərin 288,5 mini Almaniya vətəndaşı, 494 mini digər Avropa İttifaqı ölkələrinin sakinləri, təxminən 461 mini isə başqa ölkələrin vətəndaşları olub.
Almaniyanı tərk edənlər arasında rumıniyalılar (173 min) və ukraynalılar (97 min) üstünlük təşkil edib.
Maraqlıdır ki, bu ölkələrdən Almaniyaya köçənlərin sayı da yüksək olub. Belə ki, 2025-ci ildə təxminən 187 min ukraynalı və 170 min rumıniyalı Almaniyaya gəlib. Ümumilikdə ölkəyə 1,4 milyon nəfər köçüb.