eliyev pasinyan son 1

Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəxsi söhbətlər zamanı Ermənistanın Konstitusiyaya dəyişiklik məsələsini müstəqil şəkildə həll etmək hüququnu tanıyıb. Bununla belə, Bakı mövcud konstitusion müddəalar qüvvədə olduğu müddətdə İrəvanla sülh sazişi imzalamaq istəmədiyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Paşinyan “Restart” fondunun təşkil etdiyi “MaskOFF” adlı panel müzakirəsində danışıb.

Baş nazirin sözlərinə görə, Azərbaycanla müzakirələrə başlayarkən Konstitusiya məsələsinin Ermənistanın daxili işi olduğu barədə mövqe əsas götürülüb.

Paşinyan qeyd edib ki, İlham Əliyevlə şəxsi söhbətlərdə Bakı bu mövqeyi anlayışla qarşılayıb, lakin mövcud konstitusion müddəalarla sülh sazişini imzalamaq istəmədiyini açıqlayıb.

Paşinyan vurğulayıb ki, bu iki mövqe zahirən oxşar görünsə də, aralarında prinsipial fərq var və vəziyyət qiymətləndirilərkən həmin fərq nəzərə alınmalıdır.

Qeyd edək ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddialarını ehtiva edən müddəalar var.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: