s 1

Konqo Demokratik Respublikasının şərqində silahlı qruplaşma üzvləri yaşayış məntəqəsinə hücum edərək azı 37 nəfəri öldürüb, evləri qarət ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS RFI radiostansiyasına istinadən məlumat yayıb.

Konqo ordusundakı mənbənin məlumatına görə, silahlılar Şimali Kivu əyalətində, Beni şəhərinin yaxınlığında yerləşən Kantine-Aloya yaşayış məntəqəsinə hücum ediblər.

Onlar dinc sakinləri qətlə yetirib, evləri qarət edərək yandırıblar.

Silahlı qruplaşma üzvlərinə qarşı mübarizə aparmaq üçün bölgəyə əlavə ordu bölmələri göndərilib.

Qeyd edək ki, SDS silahlı qruplaşması 1995-ci ildə Uqandada yaradılıb. Hakimiyyət orqanlarının məlumatına görə, silahlıların əsas bazaları Konqo Demokratik Respublikasının şərqində yerləşir. Onlar məhz buradan qonşu ölkələrin hərbi və mülki obyektlərinə hücumlar təşkil edirlər.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: