Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana türklərlə bağlı sual üvanlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Ümumdünya Erməni Sammiti 2026” çərçivəsində keçirilən “Sülh və təhlükəsizlik: regionda dəyişən reallıqlar” mövzusunda müzakirədə çıxış edib.
Müzakirə zamanı iştirakçılardan biri, “Hökumətimiz qarşısına güclənmək məqsədi qoymalıdır. Türklər bizim güclü olduğumuzu görsələr, hücum etməzlər” deyə bildirib.
Alen Simonyan isə cavabında belə deyib:
“Biz elə bir ordu qurmalıyıq ki, Ermənistana hücum etmək qarşı tərəf üçün ağır nəticələrə səbəb olsun və belə bir addım atmaqdan çəkinsin. Hesab edirəm ki, ümumiyyətlə, müharibə etmək üçün səbəb olmamalıdır. Əgər onlar hücum etmək istəsələr, biz güclənməyə vaxt tapmayacağıq, heç nə etməyə çatdırmayacağıq”.
Əliyar Xəlil
Globalinfo.az