omer gultekin

Bu günlərdə Türkiyənin “DEM Partiyası”ndan Kocaeli millət vəkili Ömer Faruk Gergerlioğlu yenidən Gültəkin Hacıbəyli ilə bağlı çıxış edib.

Bu haqda xaricdən idarə olunan “MeydanTV” məlumat yayıb. Məlumatda bildirilir ki, Gültəkin Hacıbəylinin deport edilməməsi üçün çağırış edən Gergerlioğlu “sadəcə rəsmi Bakı istəyir deyə keçmiş millət vəkilini təhvil vermək olmaz” deyib. “Hacıbəyli özü də Türkiyə hakimiyyətinə müraciət edərək, qanunsuz qərar qəbul edilməməsini istəyib”.

e33a2d28f289110d0052e6327e95aa131767363749

Globalinfo.az bildirir ki, Faktyoxla Ömer Faruk Gergerlioğlunun Gültekin Hacıbəylini müdafiə etməsinin səbəbləri ilə bağlı versiyaları nəzərdən keçirib.

Əvvəlcə, onu qeyd edək ki, Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldıqdan sonra onun ən böyük dəstəkçilərindən biri məhz Ömer Faruk Gergerlioğlu olub. Belə ki, artıq Azərbaycanla bağlı mənfi imic yaratmaq məsələsində püxtələşən “DEM Partiyası”ndan millət vəkili Ömer Faruk Gergerlioğlu  özünün “X” və “Facebook” səhifələrində G.Hacıbəyli ilə bağlı dəfələrlə statuslar paylaşıb. Onun statuslarının ümumiləşdirsək davamlı olaraq bu tezisi yaydığının şahidi olarıq: “Azərbaycanlı müxalif siyasətçi Gültəkin Hacıbəyli İstanbulda saxlanılıb. 10 il boyunca AŞPA-da Azərbaycanı təmsil edən millət vəkilini müxalif olduğuna görə və qanunazidd şəkildə Türkiyədən deportasiya edə bilməzsiniz!”.

Ömer Faruk Gergerlioğlu həmin statusuna Türkiyə Respublikasının Daxili İşlər Nazirliyini və Miqrasiya Xidmətini “təq” etmiş, həmin statusdan bir gün sonra Gergerlioğlu G.Hacıbəylinin İstanbulda saxlanılıb “G-82” kodu (“Milli təhlükəsizlik baxımından təhlükəli görünən xarici vətəndaşlara giriş yasağı”) ilə deportasiya olunması ilə bağlı məsələni Türkiyə Böyük Millət Məclisində səsləndirib.

c097da1310d01e552b00addeb31aed851767363780 e7cc0693e2b96d65c10b1851564eb9be1767363830

Bəs, maraqlıdır, Gültəkin Hacıbəylini müdafiə edən qaragüruhla Ömer Faruk Gergerlioğlunun nə əlaqəsi var?!…

Bəlli olur ki, bu ilin may ayının 10–da “DEM Partiyası”nın sədr müavini və “Xalqlar və İnanclar Komissiyası”nın həmsədri Yüksel Mutlunun, Kocaeli millət vəkili Ömər Faruk Gergerlioğlunun, “Partiya Şurası və Xalqlar və İnanclar Komissiyası”nın üzvləri Zeyno Bayramoğlu və Metin Kılıçın “KAFFED”-i (Qafqaz Xalqları Dərnəkləri Federasiyası) ziyarət edərək federasiyanın rəhbərləri ilə birgə “sülh prosesi” ilə bağlı fikir mübadiləsi aparıblar. Bu barədə “KAFFED”–in sosial media hesabında geniş məlumat və fotolar yer alıb.

bacc73f35b5a86925a78c8f3eb3f63e21767363869

Qeyd edək ki, “KAFFED” Türkiyədə seperatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması istiqamətində aktiv fəaliyyət göstərir, tanınmamış “Abxaziya Respublikası”nı və “Cənubi Osetiya Respublikası”nın rəhbərliklərini hər il “müstəqillik günü” münasibətilə təbrik edir, təbrik mesajları göndərir.

1ca4466bd5adc80f8eb75f60a54a976a1767363896

Müşahidələr göstərir ki, Ömer Faruk Gergerlioğlu da davamlı olaraq bu quruma daxil olan dərnəklərin işində yaxından iştirak edib, tədbirlərində fəallıq göstərir. Belə ki, hələ 2017-ci ildə “çərkəzlərin” (Şimali Qafqaz xalqları- red.) Türkiyəyə köçürülməsinin 153-cü ildönümü ilə bağlı Kelamet Çiğdem Türkün moderatorluğu ilə keçirilən tədbirdə Ömer Faruk Gergerlioğlu da çıxışçılar arasında olub.

a5a2eca65741b9387eb9070637dbd5a11767363990

Kelamet Çiğdem Türkün kimliyini araşdırdığımız zaman, bu şəxsin də tanınmamış “Abxaziya Respublikası” ilə yaxın əlaqələrinin olduğunu müəyyənləşdirdik. Belə ki, o, hələ 2013-cü ildə “jineps.com” saytı üçün tanınmamış “Abxaziya Respublikası”nın mədəniyyət naziri Badra Qumbadan müsahibə almışdı.

f9546bb59bef56b5f56ab63f2a3676de1767364020

Bu şəxsin Gergerlioğlu ilə olan yaxın əlaqələrinin digər sübutu kimi onun “X” hesabında Gergerlioğluna tez-tez dəstək mesajları verməsini göstərmək olar. Belə ki, o, Gergerlioğlunu “mübariz insan” adlandırır, onun FETÖ- nün mətbu orqanı olan “Zaman” qəzetində yazdığı yazısını xüsusi şövqlə paylaşır.

5ef8db71efa95898c3a06c33862d3ab51767364057 043e7ce5cd00bd71221e2b1fdbc699491767364070

Araşdırmalarımız zamanı digər maraqlı bir məqama daha rast gəldik. Belə ki, bu ilin may ayında “DEM Partiya”sı İdarə heyətinin “Qafqaz Dərnəkləri Federasiyası”nı ziyarət etməmişdən bir neçə həftə öncə, Federasiyanın sədri Ünal Uluçayın başçılığı ilə xüsusi nümayəndə heyəti Rusiyanın Türkiyədəki səfirliyində səfir Aleksey Erxov ilə görüşüb. Görüşdə “Rossotrudniçestvo” qurumunun Türkiyə nümayəndəliyinin (“Ankara Rus Evi”) rəhbəri Aleksandr Sotniçenko da iştirak edib. Görüş zamanı Türkiyədəki “Çərkəz diasporu” ilə onların tarixi vətəni arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər, o cümlədən “KAFFED” rəhbərliyinin Şimali Qafqaz respublikalarına gözlənilən səfəri müzakirə olunub.

d8966bf13755549f26ae36838dfe90111767364105

Həmçinin, bu ilin 22 avqust tarixində, “KAFFED” Qafqaz xalqlarının hüquqları ilə bağlı Türkiyə Böyük Millət Məclisinə təkliflər hazırlamamışdan öncə, yenə Ankarada “Rus Evi”nin rəhbəri Aleksandr Sotnıçenko Adıgey Respublikasının Adıgey Xasenin (Çərkəz Parlamenti) sədri Ramazan Tlemeşok ilə görüşüblər. Tərəflər mədəniyyət və təhsil sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşdə həmçinin, Türkiyə “Qafqaz Dərnəkləri Federasiyası”nın vitse-prezidenti Şeneser Tokmak və Rusiyanın Türkiyədəki səfirliyinin birinci katibi Evelina Yemuzova da iştirak ediblər.

09ae10d29820bb18d163726bbc6ab81b1767364141

Həmin təkliflər paketində Şimali Qafqaz respublikaları ilə münasibətlərin gücləndirilməsi, Qafqaz xalqlarının vətənləri (yəni Rusiya ilə) ilə əlaqələrini qanuni şəkildə qurmaq üçün bu ölkə ilə ikili vətəndaşlıq müqaviləsinin imzalanması kimi təkliflər qeyd olunmuşdu. Lakin bundan daha təxribatçı təklif isə separatçı Abxaziya və Cənubi Osetiya “respublikaları”nın suveren dövlətlər kimi tanınması təklifi olub.

d1320db4567f612d3f58ab7f72ea25121767364171

Ömer Faruk Gergerlioğlu da mövzunu dəstəklədiyini özünün “X” hesabında xüsusilə vurğulayıb: “Qafqaz xalqlarının tələbləri vacib tələblərdir. Biz bu tələbləri vacib hesab edirik. Biz onları xalqların qardaşlığı üçün çox vacib hesab edirik. “DEM partiyası” və mən “Çərkəz icması” ilə, QHT-lərlə daim əlaqə saxlayırıq və xalqların qardaşlığını təmin etmək üçün çalışırıq. Qoy onların yolları açıq olsun; bu çətin günlərdə onların yanındayıq.”

Göründüyü kimi:

– Ömer Faruk Gergerlioğlu Rusiya Federasiyasının “Rossotrudnestvo” adlı qurumu ilə ciddi əməkdaşlıqlar quran “KAFFED”(Qafqaz Xalqları Dərnəkləri Federasiyası) ilə yaxın əlaqələri var;

– Adıçəkilən millət vəkili separatçı Abxaziya və Cənubi Osetiya “respublikaları”nın tanınmasını istəyən Federasiyanın təkliflər paketini Türkiyə Böyük Millət Məclisinə təqdim edir və özü də bu təklifləri dəstəklədiyini deyir;

– Rusiyanın arxasında dayandığı separatçı rejimləri dəstəkləyən Ömer Faruk Gergerlioğlunun, bu ölkə ilə əlaqələri uzun müddətdir müzakirə mövzusu olan “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylini dəstəkləməsi təsadüfi deyil və xüsusi sifarişlə edilib.

 

Paylaş: