
Gürcüstanın beşinci Prezidenti Salome Zurabişvili ölkəsini Rusiyanın hibrid təsir və müdaxilə strategiyalarını sınaqdan keçirdiyi meydan kimi xarakterizə edib.
Globalinfo.az xəbər verir ki, “SOVA” nəşrinin məlumatına görə, Zurabişvili bu barədə Rumıniyanın Timişoara şəhərində keçirilən “European Values” forumunda çıxışı zamanı danışıb.
O bildirib ki, Gürcüstan hakimiyyəti Rusiyanın təsiri altında xalqın Avropa seçiminə mane olur. Siyasətçinin sözlərinə görə, vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılması, müstəqil mediaya təzyiqlər və müxalifət partiyalarının fəaliyyətinə müdaxilə hakimiyyətin qəsb edilməsinin göstəriciləridir.
Zurabişvili Rusiyanın Gürcüstana qarşı hibrid kampaniya apardığını, bu çərçivədə dezinformasiya, kiberhücumlar həyata keçirdiyini, siyasi müdaxilə və təxribatlardan istifadə etdiyini iddia edib.
“Rusiyadan Gürcüstana qarşı geniş kampaniya başlayıb. Bu halda bizə qarşı dezinformasiya, kiberhücumlar həyata keçirilir. Bəzi siyasi müdaxilə və təxribatlar baş verir”, – deyə o bildirib.
O, həmçinin Rusiyanın cəmiyyətə təhrif olunmuş informasiya təqdim etməklə insanların Avropa və Qərbə münasibətinə təsir göstərməyə çalışdığını bildirib.
Keçmiş prezident Avropa ölkələrini və onların vətəndaşlarını demokratik dəyərlərin, suverenliyin və azadlıqların müdafiəsi istiqamətində həmrəyliyi gücləndirməyə çağırıb.
Tahir Turan
Globalinfo.az