IMG 0875

ABŞ Konqresindəki demokratlar Prezident Donald Trampın fəaliyyətinin genişmiqyaslı araşdırılması üçün hüquqi baza hazırlayırlar. Araşdırmanın Trampın ailə üzvlərini, “SpaceX” şirkətinin rəhbəri İlon Maskı və Ağ Evin bir sıra əməkdaşlarını da əhatə edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, noyabrın 3-də keçirilən aralıq seçkilərdən sonra Demokratlar Partiyasının bir sıra nümayəndələri Trampa qarşı impiçment prosedurunun dərhal başladılmasını tələb ediblər. Lakin partiya rəhbərliyi əvvəlcə mümkün hüquqi araşdırmalar üçün əsasların toplanmasına və ittihamların hazırlanmasına üstünlük verib.

Araşdırmaların Trampın oğullarına, İlon Maska və administrasiyanın bəzi yüksək vəzifəli şəxslərinə də şamil ediləcəyi qeyd olunur.

ABŞ-da parlament nəzarəti məsələləri üzrə ixtisaslaşmış “Arnold Porter” hüquq firmasının əməkdaşı Reyçel Koton “Reuters”ə açıqlamasında bildirib ki, həm prezident administrasiyasına, həm də özəl sektora qarşı genişmiqyaslı və sərt araşdırmaların aparılması gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: