
ABŞ-ın İranın irəli sürdüyü tələblərə verdiyi cavab Tehranı qane etməyib.
Globalinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayi “X” hesabında yazıb.
O, Vaşinqtonun İran tərəfindən irəli sürülən yeddi şərti yerinə yetirməli olduğunu bildirib.
“Yalnız bu halda Hörmüz boğazı açılacaq”, – deyə Rezayi vurğulayıb.
Qeyd edək ki, İran Hörmüz boğazının açılması üçün bir sıra şərtlər irəli sürüb. Bunlara bütün cəbhələrdə müharibənin dayandırılması, dəniz blokadasının ləğvi, dondurulmuş vəsaitlərin azad edilməsi və sanksiyaların aradan qaldırılması daxildir.
Əliyar Xəlil,