zelenski 1 900x506 2

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə Türkiyədə bir araya gəlməyə hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “CNN Türk” telekanalına müsahibəsində danışıb.

Zelenski mümkün danışıqların təşkili məsələsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın roluna da diqqət çəkib.

Ukrayna Prezidenti hesab edir ki, danışıqlar prosesinin başlanması üçün vaxt itirmədən konkret addımlar atılmalıdır.

Onun sözlərinə görə, ilk növbədə Qara dənizdə təhlükəsizliyin təmin olunması istiqamətində razılıq əldə edilməlidir.

Zelenski Qara dənizdə təcili təhlükəsiz dəhlizin yaradılmasının vacibliyini vurğulayıb.

O, hazırda dörd gəminin Rusiya hücumlarına məruz qaldığını iddia edib.

“Prezident Ərdoğan bu məsələləri Rusiya tərəfi ilə müzakirə edəcək. Bunun hansı formatda, necə və nə vaxt keçiriləcəyi, əlbəttə ki, Prezidentin öz qərarından asılıdır”, – deyə Zelenski qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: