Andranik Tevanyan 112

ABŞ-da noyabr seçkisində sonra vətəndaş konfliktlərinin olması istisna edilmir.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın müxalifyönlü siyasətçisi Andranik Tevanyan çıxış edib.

“Dünya qlobal müharibə partiyasının fəaliyyətindən əziyyət çəkir. ABŞ-da qlobal müharibə partiyası rədd edilib. Qlobalistlərin əlində qalan yeganə alət güllədir. ABŞ-dan Ukraynaya, Slovakiyadan Ermənistana qədər onlar atəş açırlar. Gürcüstanda nəsə etməyə cəhd edirlər. Onlar istəyirlər ki, Tiflisi anti-Rusiya xarakterli etsinlər, amma alınmır.

Ermənistanda isə özlərinə marionetka tapıblar və İrəvanı qlobal müharibənin qurbanı edirlər. Onlar üçün Nikolun anti-Rusiya xətti önəmlidir. Deyirlər ki, əgər siz bu xətti saxlasanız, biz sizə hakimiyyətinizi qorumaqdan ötrü qranat atmağınıza izin verəcəyik. Bu halda demokratiya geosiyasi oyunlar xətrinə pozulur. Bu, qlobalistlərin Ermənistan və erməni xalqına qarşı neorasist yanaşmasıdır”, – o bildirib.

Tevanyan həmçinin iddia edib ki, qlobal müharibə partiyası guya Paşinyanı hər şeyi noyabra qədər Azərbaycana verməyə çağırır:

“Bunu sadəcə Rusiya Və İrana zərər vurmaq və onları regiondan uzaqlaşdırmaq üçün edirlər. Bu halda Ermənistanla nə olacağı qlobal müharibə partiyası və onun marionetkası Nikol Paşinyanı maraqlandırmır. Sonuncuya şəxsi təhlükəsizliyi ilə bağlı zəmanətlər verilib və onu Zelenski kimi istifadə edirlər. Əvvəlcə Qarabağın (separatçı rejimin – red.) başını yedilər, indi növbə Ermənistanındır”.

Qeyd edək ki, Tevanyan açıq rusiyayönlü mövqeyi ilə seçilir. Trampa qarşı sui-qəsddən sonra rusiyayönlü siyasətçilərin və liberalizm əleyhdarlarının müxtəlif ölkələrdə aktiv təbliğatına start verilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: