Rusiyanın tanınmış “Lyube” musiqi qrupunun üzvü, bek-vokalist Aleksey Tarasov 64 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə qrupun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Onun ölüm səbəbi ilə bağlı isə hələlik ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Aleksey Tarasov 2 dekabr 1961-ci ildə Moskvada anadan olub. O, İppolitov-İvanov adına Musiqi-Pedaqoji İnstitutunun dirijorluq və xor şöbəsində təhsil alıb.
Tarasov “Lyube” qrupunun fəaliyyətə başladığı ilk illərdən kollektivin tərkibində yer alıb. Uzun illər qrupun konsert və musiqi layihələrində bek-vokalist kimi çıxış edərək kollektivin yaradıcılıq fəaliyyətinə töhfə verib.
Qeyd edək ki, “Lyube” Rusiyanın tanınmış musiqi qruplarından biridir.
Əliyar Xəlil
Globalinfo.az