pasinyan yeni 11

Ermənistanın Baş naziri Nikol Paşinyan bir müəllimlə yazışmasını paylaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında video yayıb.

Paşinyanın sözlərinə görə, müəllim ona elektron poçt vasitəsilə müraciət edib və vakant yerlər üzrə keçirilən müsabiqədə ədalətsizliyə yol verildiyini deyib:

“Müəllim müsabiqənin nəticəsindən narazı olduğunu və qalib elan edilən şəxsin rəqibi olduğunu bildirib.

Mən də cavabında müsabiqədə qalib gələn namizədin könüllü attestasiyadan keçdiyini, hökumətin də bu mərhələdən uğurla keçən müəllimlərə üstünlük verdiyini açıqladım”.

Paşinyan bildirib ki, əvvəlcə narazı olan müəllimlə hörmətli və məzmunlu ünsiyyət nəticəsində söhbət qarşılıqlı təşəkkür və xoş arzularla başa çatıb.

“Bəzən insanlar dövlətlə ünsiyyətdə olarkən sadəcə dinlənilmək və hətta mənfi olsa belə, hörmətli və məzmunlu cavab almaq istəyirlər”, – deyə Paşinyan fikrini yekunlaşdırıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: