
Rusiyanın Rostov vilayətində yerləşən “Aksaykardandetal” zavodunda güclü yanğın qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Metal emalı, ştamplama və metalın termiki emalı ilə məşğul olan müəssisədəki texnologiyalardan hərbi texnika üçün komponentlərin hazırlanmasında da istifadə oluna bilər.
Yanğının başvermə səbəbi, xəsarət alanların olub-olmaması və müəssisəyə dəyən ziyanın miqyası barədə hələlik məlumat açıqlanmayıb.