IMG 2628

Yəmən hökumət qüvvələri Qırmızı dəniz sahilində yerləşən Moxa liman şəhərinə nəzarəti yenidən ələ keçirib.Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Yəmən ordusunun media mərkəzinin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, “Milli Qalxan” qüvvələri, “Nəhəng Briqadalar”ın bölmələri və xalq müqavimət qüvvələri İran tərəfindən dəstəklənən husilərlə şiddətli döyüşlərdən sonra Taiz şəhərinin qərbində yerləşən Moxaya nəzarəti bərpa edib.

Moxa sentyabrın 10-da husilərin Yəmənin Bab əl-Məndəb boğazına çıxışı olan sahilyanı ərazilərinə hücumu zamanı onların nəzarətinə keçmişdi.

Bundan əvvəl Yəmən hərbçilərinin Bab əl-Məndəb boğazı yaxınlığındakı bir sıra əraziləri, həmçinin Dubab şəhərinin hava limanını və Dubab rayonunu husilərdən geri alıb. Hərbçilər Dubab ilə Moxa arasındakı yolu da nəzarətə götürüblər.

Əməliyyatlara Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası hava dəstəyi verir. Hücumlarda 100-dən çox qırıcı təyyarənin iştirak etdiyi bildirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: