Türkiyənin cari ilin əvvəlində PUA-larla mübarizə üçün Ukraynaya tədarük etdiyi “Korkut” zenit sistemlərinin sınaqları keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Eye” (MEE) nəşri məlumat yayıb.
Qeyd olunub ki, müvafiq sistemlər Ukraynada uğurla sınaqdan keçirilib. Rəsmi Kiyev sözügedən zenit sistemlərini almaqda maraqlıdır.
Onların döyüş şəraitində sınaqdan keçirilməsindən sonra Kiyev əlavə komplekslərin alınmasında maraqlı olduğunu bildirib.
Adı açıqlanmayan ukraynalı rəsmi şəxs nəşrə bildirib ki, “Korkut” zenit raket kompleksləri Rusiyanın hücumlarının dəf edilməsində kifayət qədər yüksək səmərəlilik nümayiş etdirib.