1714945206 rusiya ordusu 2 900x600 1

“Rusiyanın Silahlı Qüvvələrinin Kiyevdəki körpülərə endirdiyi zərbələri bir neçə məqsədlə izah etmək olar”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hərbi xronika” Telegram kanalı yazıb.

Qeyd olunub ki, mürəkkəb logistika obyektlərinin dronlarla vurulması zəif nöqtələrin yoxlanılması, nəqliyyatda uzunmüddətli problemlərin yaradılması və Kiyevi hava hücumundan müdafiə qüvvələrini yenidən bölüşdürməyə məcbur etmək məqsədi daşıya bilər.

“Lakin hazırda Kiyevdə müşahidə olunanlar, görünür, daha genişmiqyaslı kampaniyanın yalnız başlanğıcıdır. Bu çərçivədə həm körpülərə, həm də digər obyektlərə daha çox dron zərbələri endirilə bilər”, – deyə kanal vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: