İvanka Tramp və Cared Kuşnerin böyük qızı, 15 yaşlı Arabella Kuşner Çin sədri Si Cinpinin ABŞ-yə rəsmi səfərinin ən diqqətçəkən iştirakçılarından birinə çevrilib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Ağ Evdə keçirilən rəsmi mərasimdə gənc Çin dili ilə bağlı biliklərini nümayiş etdirib və Çin lideri ilə onun həyat yoldaşı Pen Liyuanı şəxsən salamlayıb.
Üç yaşından bəri Çin dilini öyrənən Arabella Si Cinpin və Pen Liyuana öz ana dillərində müraciət edərək çin dilində “Amerikaya xoş gəlmisiniz” deyib.