Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov Kiyev yaxınlığındakı qapalı dövlət iqamətgahında Prezident Volodimir Zelenski ilə payız seçkilərini müzakirə edən altı nəfərdən biri olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda”nın dərc etdiyi məqalədə bildirilir.
Nəşr yazır ki, iyunun ortalarında keçirilən müşavirədə hansı generalların prezidentliyə namizəd olmamağı müzakirə edilib. Fedorov Zelenskiyə Moskvaya edilən irimiqyaslı hücumlar, eləcə də Krım və Donbasdan gələn müsbət xəbərlər fonunda yenidən seçilmək şansının mövcudluğunu bildirib.
Lakin nəşr qeyd edir ki, Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı və Prezident Ofisinin rəhbəri Kirill Budanov namizəd olmamaqdan imtina etdikdən sonra payızda seçkilərin keçirilməsi fikrindən daşınıblar.
Bununla belə, Fedorov hesab edir ki, müharibə bitmədən əvvəl prezident, sonra isə parlament seçkiləri keçirmək mümkündür.
O, “Ukrainskaya pravda”ya açıqlamasında hələ iyun ayında bu təklifi irəli sürdüyünü deyib:
“Zelenski hazır idi, lakin seçkilərə Zalujnı gedəcəyi üçün imtina etdi”, – Fedorov vurğulayıb.
Əliyar Xəlil,