cavid 9

“Araz-Naxçıvan” klubu baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılovla yolları ayırıb.

Klubun mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, məşqçilərin qüvvədə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Cavid Hüseynov bu ilin iyun ayında baş məşqçi təyin edilmişdi. Hazırda “Araz-Naxçıvan” 6 oyuna 2 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Paylaş: