mehemmedin mocuzesi

Ata nəsli Ağsunun Hacıman kəndindən Novruzalılar adlı tanınmış seyid nəslindən olan həmyerlimizin (Hacı Sadiq Quliyev) Y-DNT analizi nəticəsində onların seyid nəsli olduğu elmi şəkildə təsdiqləndi”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan DNT Layihəsi”nin inzibatçısı, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə mütəxəssis Orxan Xansuvar bildirib.

O bildirib ki, aparılan genetik testlər həmin nəslin ata xəttinin Y DNT haploqrupunun J1-P58 altındakı L859 subkadi olduğunu üzə çıxardı:

“Bu subklad dünya elmi tərəfindən Bəni-Haşim tayfasının və Hz. Məhəmməd Peyğəmbərin (s.ə.s.) soy xətti ilə əlaqəli əsas genetik marker kimi tanınır.Hazırda Bəni Haşim və Qüreyş genetik layihələri tərəfindən BigY-700 dərin analizi də sifariş verilib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: