6aac27c03f7106aac27c03f71117896672646aac27c03f70e6aac27c03f70f 3

Cəlilabad rayonunun Xudutəpə yaşayış məskənində arxeoloji qazıntı işlərinə başlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə məlumat verib.

Hazırda abidənin ərazisində mütəxəssislər tərəfindən tədqiqat və qazıntı işləri aparılır. Araşdırmalar nəticəsində yaşayış məskəninin tarixi, burada məskunlaşmış insanların həyat tərzi və maddi-mədəni irsi ilə bağlı yeni faktların üzə çıxacağı gözlənilir.

Qazıntılar zamanı aşkar ediləcək arxeoloji materialların Xudutəpə yaşayış məskəninin tarixinin daha ətraflı öyrənilməsinə imkan yaradacağı bildirilir.

6aac3c145f9136aac3c145f91417896724686aac3c145f9116aac3c145f912 photo 2026 09 17 22 11 05 3

Paylaş: