putin 2 900x600 1

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən gətirilən mallarla bağlı yeni qərar imzalayıb.

Globalinfo.az xəbər verir ki, O, Qərb ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalına tətbiq edilən ərzaq embarqosunun müddətini 2028-ci ilə qədər uzadıb.

Müvafiq qərar prezident fərmanı ilə rəsmiləşdirilib.

Qeyd edək ki, Rusiyanın Qərb ölkələrinə qarşı tətbiq etdiyi ərzaq embarqosu 2014-cü ildən qüvvədədir. Moskva bu tədbiri Qərbin Rusiyaya qarşı “dost olmayan” addımlarına cavab olaraq tətbiq etdiyini bildirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: