Rusiya Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük hazırlıqlarını maliyyələşdirmək niyyətində deyil.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Gənclər Festivalında çıxışı zamanı bildirib. O qeyd edib ki, Moskva Ermənistanın tərəfdaşlarını və inkişaf istiqamətini seçmək hüququna süni şəkildə müdaxilə etmək istəmir.
Lavrovun sözlərinə görə, Ermənistan Aİ-yə üzvlük istiqamətində hazırlıqlar apararsa, bunun maliyyələşdirilməsini Rusiyadan gözləməməlidir.
O qeyd edib ki, bu məsələdə son qərarı İrəvan verməlidir.
“İrəvan hələ də qərar qəbul etməlidir”, – deyə Lavrov bildirib.
Tahir Turan
Globalinfo.az