6aa5b7fa5548acce71253de2

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Xarici Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində “Kurtlar Vadisi Pusu” serialının ssenaristlərinin ifadə verməyə çağırılmasından sonra bəzi detallar ortaya çıxıb. 

Globalinfo.az xəbər verir ki, ssenaristlərdən Raci Şaşmaz serialdakı Kazım Kaşifoğlu obrazının Kaşif Kozinoğluna bənzərliyinin təsadüf olduğunu bildirib.

O, ssenarinin MİT daxilindəki qarşıdurmaları təqdim etdiyini, kənar müdaxilə ilə səhnələrin yazılmadığını bildirib. Şaşmaz hadisə və şəxslərin reallıqla bənzərliyinin təsadüf olduğunu söyləyib.

Kaşif Kozinoğlu 2011-ci ilin noyabrında Silivri cəzaçəkmə müəssisədində həyatını itirib. Bəzi məlumtlarda guya “Kurtlar Vadisi Pusu” serialındakı obrazın ölümündən cəmi 3 gün sonra Kozinoğlunun da vəfat etdiyi bildirilir. Lakin bu, doğru deyil, Kaşifoğlu obrazı dekabrda, yəni keçmiş MİT rəsmisinin vəfatından bir ay sonra yayımlanan 139-cu bölümdə öldürülür.

Kozinoğlunun şübhəli ölümünün məhz indi gündəmə gətirilməsi və məzarının açılması qərarı isə müxtəlif iddiaların ortaya atılmasına səbəb olub.

Məsələ ilə bağlı istintaq davam edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: