ukrayna 1

ABŞ Konqresində bir qrup Demokrat senatorların təsdiqlədiyi Rusiya və İrana qarşı yeni sanksiyalar paketinə Ukraynaya 15 milyard dollar həcmində hərbi yardım ayrılmasını nəzərdə tutan müddəanın əlavə edilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, təşəbbüs Ukraynaya Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində vəsait ayrılmasını nəzərdə tutur.

Məlumata əsasən, sözügedən təklif Nümayəndələr Palatasında sanksiyalar haqqında qanun layihəsinə baxılmasından əvvəl Demokratların hazırladığı beş düzəlişdən ibarət paketə daxil edilib. Təşəbbüsə Konqresmenlər Qreqori Miks, Bill Kitinq və Mayk Kuqli dəstək verib.

Qeyd edək ki, ABŞ Senatı daha əvvəl senator Lindsi Qrehemin hazırladığı və Rusiya ilə İrana qarşı əlavə sanksiyalar nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Lakin qanun layihəsinin Nümayəndələr Palatasında ciddi siyasi müqavimətlə üzləşdiyi bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: