Xətai rayonu, 8 Noyabr prospektinin müəyyən hissələrində 14 sentyabr saat 09:00-dan etibarən təmir işləri həyata keçiriləcək.
Bu barədə Globalinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
İşlərin aparıldığı müddətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.
Sürücülərdən təmir işləri aparılan hissələrdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.