Bu il Məhəmmədhüseyn Behcəti Təbrizinin (Şəhriyar) anım mərasimi şairin anadan olduğu Xoşgənab kəndi və Təbrizdə keçiriləcək.
Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu haqda Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının başçısı Nemətullah Payan məlumat yayıb.
O bildirib ki, anım mərasimləri 5 gün davam edəcək:
“Bu il ustad Şəhriyarın xatirəsini yad etmək proqramlarını yalnız rəsmi mərasimlə məhdudlaşdırmayaraq, fərqli və müxtəlif formalarda keçirməyə çalışırıq”.
Payan əlavə edib ki, anım mərasimləri ilə yanaşı, bu çərçivədə Şəhriyarın şəxsiyyətinin və ədəbi irsinin müxtəlif aspektlərinin təhlili üçün ədəbi görüşlər, mədəni proqramlar və bədii seminarlar da təşkil olunacaq.