zubir

Səudiyyə Ərəbistanın “Əl-Oroba” klubu Abdulla Zubirlə müqavilə imzalayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi 2026/2027 mövsümünün sonunadək bu komandanın formasını geyinəcək.

Zubir müqavilə bağladıqdan sonra yeni komandasında debüt də edib. “Al-Rabia”ya qarşı matçda (2:2) ehtiyat heyətdə yer alan 34 yaşlı vinger sonradan matça daxil olub.

Qeyd edək ki, Fransa mediası dünən Zubirin “Əl-Oroba”ya keçidində problem yarandığını, maliyyə məsələlərinə görə onun transferinin federasiyada təsdiqlənmədiyi barədə xəbər yaymışdı.

Xatırladaq ki, Zubir “Qarabağ”a 2018-ci ildə Fransanın “Lans” klubundan transfer olunmuşdu.

Paylaş: