Misirdə məhkəmə tanınmış televiziya aparıcısı Sarah Xalifa və daha 11 nəfər barəsində edam hökmü çıxarıb.
Globalinfo.az xəbər verir ki, məhkumlar narkotik vasitələrin istehsalı və qanunsuz dövriyyəsinin təşkili ilə bağlı ittiham olunublar.
Qərar 750 kiloqramdan çox narkotik vasitə və sursatın aşkarlandığı əməliyyatdan sonra qəbul edilib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslərdən bir qrupunun gəncin oğurlanmasında da iştirak etdiyi bildirilib. Bu epizod üzrə məhkəmə onların hər birinə əlavə olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Beləliklə, narkotik vasitələrin istehsalı və qaçaqmalçılığı ilə bağlı əsas ittiham üzrə Sarah Xalifa da daxil olmaqla 12 nəfər haqqında ən ağır cəza tətbiq olunub.
Safura Bənnayeva
Globalinfo.az