Erməni politoloq, İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan NSN-ə açıqlamasında Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını ölkədən çıxarması ehtimalının az olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Moskva ilə İrəvan arasında imzalanmış razılaşmaya əsasən, Rusiya hərbi qulluqçularının Ermənistanda qalma müddəti 2044-cü ilə qədər nəzərdə tutulub.
İsgəndəryan qeyd edib ki, 102-ci bazanın Gümrüdən çıxarılması yalnız Rusiya və Ermənistanın qarşılıqlı razılığı əsasında mümkündür və tərəflərdən heç biri bu məsələni birtərəfli qaydada həll edə bilməz.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 2-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra keçirilən mətbuat konfransında Ermənistanın Gümrüdəki Rusiya hərbi bazasına ehtiyac duymadığını düşünəcəyi təqdirdə, Moskvanın bazanı hətta “sabah” çıxarmağa hazır olduğunu bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə sentyabrın 3-də Putinin açıqlamasına münasibət bildirərək, İrəvanın 102-ci bazanın ölkədən çıxarılması məsələsini indiyədək gündəmə gətirmədiyini deyib.
O, eyni zamanda, Rusiya bazanı çıxarmaq qərarına gəlsə, Ermənistanın buna etiraz etməyəcəyini, Moskva bazanı saxlamaq istəsə isə bu məsələnin müzakirəsinə hazır olduqlarını bildirib.
Tahir Turan
Globalinfo.az