esedddd 900x600 1

Rusiya Xarici İşlər Nazirliyi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ölkədə sığınacaq almasının siyasi məqsədlə əlaqəli olmadığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Diplomatın sözlərinə görə, Moskvanın Əsədi və onun ailə üzvlərini qəbul etmək qərarı Suriyada hakimiyyət dəyişikliyindən sonra yaranmış vəziyyət və humanitar səbəblərlə bağlı olub:

“Onun ölkəmizdə qəbul edilməsinin arxasında heç bir siyasi motiv yoxdur. Bu qərar yalnız humanitar amillərdən və Suriyada hakimiyyət dəyişikliyinin yaratdığı dramatik vəziyyətdən irəli gəlib. Onun və ailə üzvlərinin həyatı təhlükə altında idi”.

Zaxarovanın bu açıqlaması Kremlin Bəşər Əsədi Suriyaya təhvil vermək planının olmaması kimi dəyərləndirilib.

Qeyd edək ki, Dəməşq Cinayətlər Məhkəməsi Bəşər Əsəd, onun əmisi oğlu Atif Nəcib və axtarışda olan digər yeddi təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: