makronun arvadi

“Yelisey sarayında dünyanın qaranlıq üzünü görmüşəm”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın birinci xanımı Bricit Makron deyib.

“Əvvəllər hər kəs kimi normal həyatım, uşaqlarım, işim, eniş-yoxuşlarım var idi. Bu on il çox tez keçdi… Çox gərgin keçdi.

Dünyanın qaranlığını, axmaqlığını, pisliyini gördüm. Bəzən əvvəlkindən daha kədərliyəm. Bəzən mavi səmanı görməkdə çətinlik çəkirəm…Əvvəllər olmayan pessimist anlarım olur”, – deyə o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: