İndoneziyanın Yava adasında zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların maqnitudası 5,7 bal təşkil edib. Zəlzələnin episentri 100 mindən çox əhalisi olan Ranqkasbitunq şəhərindən 232 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.