Hudson İnstitutunun baş elmi işçisi, amerikalı politoloq Lük Koffi Lələtəpə yüksəkliyi ilə bağlı maraqlı paylaşım edib.
Globalinfo.az xəbər verir ki, politoloq 2018-ci ildə ölkəmizə səfəri və Azərbaycan ordusunun hərbçiləri ilə Lələtəpədə çay süfrəsi ətrafında olan fotosunu paylaşıb.
L.Koffi paylaşımda “2018-ci ildə Lələtəpədə çay. Ermənistanın mövqeləri 400 metr öndə, İran sərhədi isə təxminən 4 kilometr arxada idi” yazıb.
Politoloq fotodakı Azərbaycan hərbçilərinin kimliyinin gizli qalmasına xüsusi diqqət edib.
Ayşən Mustafa
Globalinfo.az