Dünyanın ən yaşlı insanı bu qadındır

“Ginnesin Rekordlar Kitabı” hazırda dünyanın ən yaşlı insanının kim olduğunu açıqlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Kataloniyada yaşayan 115 yaşlı Mariya Branya Moreradır.

Morera 1907-ci ilin martın 4-ü San-Fransiskoda anadan olub və 8 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçüb. O, 22 ildir qocalar evində yaşayır və sağlamlığı yaxşıdır.