Yaponiyanın Rusiyada səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinə gedib. 

Globalinfo.az xəbər verir ki, səfir 25 dəqiqə sonra XİN-in binasını tərk edib.

Muto XİN-ə daxil olmadan əvvəl də, binanı tərk etdikdən sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. O, nazirlik nümayəndələri ilə görüşünü şərh etməyib.

Qeyd edək ki, Yaponiya Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına səfərini sərt tənqid etmişdi. Bundan sonra Yaponiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki dəfə çağırış göndərilməsinə baxmayaraq, səfirin XİN-ə gəlmədiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: